25.03.2020 18:00
517


"Barselona"nın arqentinalı ulduzu Lionel Messi koronavirus xəstələrinə yardım üçün 1 milyon avro bağışlayıb.
Cempion.az xəbər verir ki, Kataloniya təmsilçisində forma geyinən Messi koronavirusla mübarizə aparan Hospital klinik de Barselonaya maddi yardım edib.
Xəstəxananın Twitter hesabından verilən açıqlamada Lionel Messiyə göstərdiyi köməklik üçün bu sözlər deyilib: " Bağlılığın və yardımın üçün təşəkkürlər Leo".