çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

"Qarabağ"ın sabiq futbolçusu karantina alındı

25.03.2020 19:00 Oxundu 507


"Xançjou Qrintaun"da çıxış edən Dino Ndlovu karantinə alınıb.

Cempion.az xəbər verir ki, bu barədə 2016-18-ci illərdə "Qarabağ"da çıxış edən hücumçu açıqlama verib:

Çində koronavirusun kəskin yayılmasının ardından cənubi afrikalı ölkəsinə getməyə məcbur qalmışdı. O, vəziyyət düzələndən sonra yenidən Çinə qayıdıb:

“Təhlükəsiz bir şəkildə gəldim və 14 günlük karantin müddətindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq hər şeyin normala döndüyünü demək olar. Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacam”.