cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Koronavirusu "Fənərbağça"nıda vurdu

25.03.2020 20:30 Oxundu 462


Türkiyənin digər klubları kimi, “Fənərbaxça”nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib.

Cempion.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.

Qeyd edək ki, daha öncə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak, həmçinin onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu. Türkiyənin digər nəhəng klublarından “Beşiktaş” və “Trabzonspor”da da hər kəs testdən keçib və onlarda koronavirusa rast gəlinməyib.