26.03.2020 09:13
579

Football World Rankings portalı ən yaxşı klubların yeni reytinq cədvəlini açıqlayıb.
Cempion.az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi - "Qarabağ" və "Neftçi" yer alıb. Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu yerdə qərarlaşıb.
"Neftçi"nin də mövqeyində dəyişiklik olub. Bakı təmsilçisi 818 xalla 678-ci pillədən 674-cü sıraya yüksəlib.