şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Tottenhem"dən transferlər üçün 130 milyon avro

26.03.2020 10:21 Oxundu 526


"Tottenhem" yeni mövsüm üçün transferlərə 130 milyon funt sterlinq ayıracaq.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo bu qədər məbləğə oyunçular ala biləcək.
 
Bildirilib ki, hazırda İngiltərə təmsilçisinin əsas transfer hədəfi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitzerdir. Bundan başqa, transfer siyahısında Joffi Kondoqbiya ("Valensiya"), Yusef Atal ("Nitsa"), Camal Luis ("Norviç") və Eder Militaonun ("Real") olduğu iddia olunur.