şənbə, 26 sentyabr 2020

DÜNYA FUTBOLU

"Çelsi" dörd futbolçusu ilə danışıqları dayandırdı

26.03.2020 12:21 Oxundu 308


"Çelsi" iyunda müqaviləsi başa çatacaq futbolçuları ilə yeni sözləşmə barədə danışıqları dayandırıb.

Cempion.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubu Villian, Pedro, Olivye Jiru və Villi Kabalyero ilə danışıqlara fasilə verib.

Bildirilib ki, klub rəhbərliyi İngiltərə Premyer Liqasında mövsümün yekunu ilə bağlı qərarı gözləmək niyyətindədir. Çünki turnir sözügedən oyunçuların müqaviləsinin müddətinin bitəcəyi - 30 iyundan sonra başa çatdırıla bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları aprelin 30-a kimi təxirə salınıb.