cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Neftçi"nin idman direktor fonda 1000 manat yardım etdi

26.03.2020 15:20 Oxundu 513


«Neftçi»nin idman direktoru Ceyhun Sultanov Koronavirusa qarşı mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

Cempion.az xəbər verir ki, paytaxt klubunun rəhbəri ölkə prezidenti tərəfindən yaradılan fondun hesabına 1000 manat köçürüb.

O, bunu fiziki şəxs olaraq edib. Yəni ki, atdığı addımın çalışdığı kollektivə heç bir aidiyyatı yoxdur.

Beləliklə, Ceyhun Sultanov «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovdan sonra Fonda yardım köçürən ikinci futbol adamı olub. Ağdamlıların çalışdırıcısı ötən gün 20 min manat ödəyib. «Qarabağ»ın futbolçuları isə ümumilikdə 50 min manat toplayıb.