cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo "Yuvntus"dan gedir?

26.03.2020 16:00 Oxundu 505


Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo "Yuventus"u tərk etmək istəyir.

Cempion.az xəbər verir ki, 35 yaşlı hücumçunun xidmətində PSJ-si ilə "Mançester Yunayted"i maraqlıdır.

Hər iki klub təcrübəli forvarda təklif ünvanlayıb. PSJ İspaniya "Barselona"sına dönüşü gündəmdə olan Neymarı Ronaldo ilə əvəzləmək istəyir. Lakin təcrübəli forvard 2003 - 2009-cu illərdə formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmağa daha meyllidir.

Lakin bu, "qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. "Mançester Siti"nin UEFA tərəfindən məruz qaldığı sanksiya hazırda 5-ci yerdə gedən "Mançester Yunayted"in ən nüfuzlu klub turnirinə yolunu aça bilər.

Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan 117 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir və transfer qiyməti 75 milyon avrodur. Bu mövsüm Ronaldu klub səviyyəsində bütün yarışlarda 32 oyunda 25 qol və 4 məhsuldar ötürmə müəllifi olub.