şənbə, 04 aprel 2020

BİZİM FUTBOL

Ağasəlim Mircavadov futbolçuların maaşlarının dondurulmasını düzgün saymır

26.03.2020 17:38 Oxundu 241


Koronavirusun dünya ölkələrində sürətlə yayılması, 1 aylıq fasilə verilən ölkə çempionatlarının yenidən bərpasını sual altına alır.

Cempion.az xəbər vrir ki, hətta bəzi federasiyalar hazırkı turnir cədvəlinə görə çempionun və avrokuboklara gedəcək klubların müəyyən olunması ehtimalını müzakirə edir.

Belə olarsa, bu, nə dərəcədə ədalətli görünəcək? AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov sportinfo.az-a bunları dedi:

"Bu xəstəliyə görə dünya dayanıb. Dünya dayanandan sonra biz kimik? Səslənən təklif idman prinsipləri baxımından doğru deyil, ancaq hazırda futboldan çox, Azərbaycan xalqının sağlamlığını düşünməliyik.

Bunu düşünüb mübarizə aparmalıyıq. Avropa ölkələrinə baxıb adam dəhşətə gəlir. İtaliyada bir gündə 600-dən artıq adam ölüb. Futbol hazırda öndə olan məsələ deyil. Bəla qurtarandan sonra müzakirələr aparılıb, qərarlar verilər".

Mircavadov futbolçuların fasilə müddətində maaşlarının dondurulmasını isə doğru saymır: "Mən elə başa duşurəm ki, maaşlar verilməlidir. Çünki bu, futbolçuların günahından yox, dünyada baş verən bir bəladır".