cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Daha bir prezident koronavirusundan öldü

26.03.2020 18:00 Oxundu 454


Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

Cempion.az "De Gelderlander"ə istinadən xəbər verir ki, səbəb koronavirus infeksiyası olub. 

Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub. 

Qeyd edək ki, Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya "Real Madrid"inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib.