bazar, 18 may 2025

DÜNYA FUTBOLU

Demiraladn 2 min ailəyə yardım

27.03.2020 12:42 Oxundu 565


"Yuventus"un türk futbolçusu Merih Demiral koronavirusa qarşı mübarizə kampaniyasına qoşulub.

Cempion.az xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat yayıb. 22 yaşlı müdafiəçi  paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün  ərzaq yardımı edəcəyini yazıb.

M.Demiral həmin ailələrin "Kızılay" cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.