27.03.2020 13:28
577

“Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov jurnalistlərin Ronaldo ilə bağlı sualını cavablandırıb.
Cempion.az xəbər verir ki, Stiçkov heç vaxt Kriştianodan müsahibə almayacağını bildirib.
O, jurnalistin “Qari Lineker, Qvardiola, Kuman, Poçettino, Maldini, Totti… Kim çatışmır?” sualına belə cavab verib:
“Xoşuma gələn hər kəsdən müsahibə almışam, o cümlədən, dostlarım Haci və Popeskudan. Amma mən heç vaxt Kriştiano Ronaldodan müsahibə almaram.
İstəmirəm. Sadəcə, istəmirəm. Mən futbolla bağlı müsahibələr alıram, manşet ardınca qaçmıram. Mən tarixə qulaq asıram və ən yaxşılarla müzakirə aparıram”.