27.03.2020 14:33
577

Bu mövsüm Çempionlar Liqasında iştirak edən Almaniya klubları - “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” və “Bayer” koronavirus pandemiyası ilə əlaqədar ciddi itkilərlə üzləşən 1-ci və 2-ci liqa klublarına maliyyə yardımı edəcəklər.
Cempion.az Almaniya Klublar Birliyinin (DFL) saytına istinadən xəbər verir ki, sözügedən klubların ümumilikdə 20 milyon avroluq yardım edəcəyi açıqlanıb.
Bu məbləğin klublar arasında necə bölünəcəyinə DFL qərar verəcək.