çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Bu ölkədə çempionat davam edir

27.03.2020 15:38 Oxundu 530

Koronavirus epidemiyasına görə dünyanın əksər çempionatları dayandırılıb.

Cempion.az xəbər verir ki, Nikaraqua çempionatı davam edən azsaylı liqalardandır.

Bu gün 11-ci turda “Real Madriz” evdə “Yalapa”nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

“Real Madriz” - “Yalapa” - 1:0
Qol: Roger Trujillo, 49

Qeyd edək ki, turnir cədvəlinə 25 xalla "Manaqua" başçılıq edir. “Yalapa” 15 xalla 5-ci, “Real Madriz” 10 xalla 8-cidir.