çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

"Barselona" klubundan yeni qərar

27.03.2020 14:47 Oxundu 738


İspaniyanın "Barselona" futbol klubu koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirləri görəcək.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, klub bütün əməkdaşlar üçün iş gününü və buna mütənasib olaraq əmək haqlarını da azaldacaq. Kataloniya təmsilçisi tərəfindən qəbul edilən tədbirlər əmək qanunvericiliyinə və ədalət meyarlarına söykənir. Bizim hədəfimiz klubun fəaliyyətinin mümkün qədər tez yenilənməsidir", - xəbərdə deyilir.

Bundan başqa, "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniya səhiyyəsinin departamentinə keçəcək.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb.