çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Əl-Şaaravi İtaliyaya qayıtmaq niyyətindədir

27.03.2020 17:22 Oxundu 551

“Şanxay Şenxua”nın hücumçusu Stefan Əl-Şaaravi yenidən İtaliyaya qayıtmaq niyyətindədir.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, pandemiyanın Çindən qaynaqlanmasından ehtiyat edən və vətənindən ayrı düşmək istəməyən 27 yaşlı hücumçu “A” Seriyası klublarından birinə keçmək istəyir. İndiki məqamda  onunla “Roma” və “Fiorentina” maraqlanır. Mənbə yazır ki,  Əl-Şaaravi “Şanxay Şenxua”da qazandığı məvaciblə müqayisədə daha az maaşa İtaliyada  oynamağa razıdır.
Xatırladaq ki,  Stefan Çin klubunda ilə 16 milyon avro qazanır.