çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Rivaldodan Ter Ştegenə dəstək

27.03.2020 18:00 Oxundu 566

Rivaldo “Barselona” rəhbərliyini Ter Ştegenin məvacibini artırmağa səsləyib.
Cempion.az xəbər verir ki , Kataloniya klubunun  ilə 6,5 milyon avro təklifindən almaniyalı qapıçı  imtina edib. Braziliyalı sabiq oyunçunun fikrincə,  “Barsa” rəhbərliyi Ter Ştegenin tələbini yerinə yetirməlidir: “Mənə elə gəlir ki, Mark-Andre daha yüksək məvacibə layiqdir. O, son illər  klub üçün çox böyük işlər görüb. Razıyam, Mark-Andre  Messi və Suares qədər məvacib almamalıdır, amma o,heyətin ən çox qazanan oyunçularından biri olmalıdır. Məhz Ter  Ştegenin  seyvləri sayəsində komanda toparlana bilir. Almaniyalı ayağı ilə də əla oynayır”.
Qeyd edək ki, Rivaldo həm də “Barselona”nın Neymarı qaytarmalı olduğunu söyləyib. Onun fikrincə, “İnter”də çıxış edən Lautaro Martinesi gənc olduğuna görə indiki məqamda transfer etmək riskə bərabərdir.”