çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

Hakimlər üçün onlayn dərslər start götürüb

27.03.2020 19:23 Oxundu 539


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.

Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır. Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.