çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

"Real"dan futbolçusuna "yaşıl işıq"

27.03.2020 17:46 Oxundu 516


İspaniyanın “Real” klubunun müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Mauritsio Sarri müdafiəni gücləndirmək üçün Marselonun ən yaxşı seçim olduğunu düşünür.

Marselonun “qoca sinyora”ya keçməyə razılıq verəcəyi halda, “Real”ın bu transferə mane olmayacağı bildirilir.

Qeyd edək ki, 2007-ci ildən “Real”ın şərəfini qoruyan Marselonun klubla müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.