çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"da daha bir nəfərdə koronavirus tapılıb

27.03.2020 22:30 Oxundu 574


"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin cavabının müsbət çıxdığını vurğulayıb: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.