28.03.2020 13:29
532

Koronavirusa yoluxan "Yuventus"un hücumçusu Paulo Dibala durumu ilə bağlı növbəti açıqlama verib.
Cempion.az xəbər verir ki, o, klubun telekanalına müsahəsində özünü indi daha yaxşı hiss etdiyini deyib:
"Amma bir neçə gün əvvəl ciddi simptomlarım var idi. İndi mən hərəkət edə, gəzə və məşq edə bilərəm. Bir neçə günə qədər özümdə ağırlıq hiss edirdim. O günlərdə 5 dəqiqədən sonra heç nə edə bilmirdim, nəfəs almaqda çətinlik çəkirdim, tez yorulurdum və əzələlərim ağrıyırıdı. İndi isə mən və sevgilim daha yaxşıyıq".