cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Premyer Liqa klublarında çalıışan məşqçilərimiz nə qədər qazanır.

28.03.2020 14:00 Oxundu 598


“France Football” nəşri dünyanın ən çox qazanan məşqçilərinin adlarını açıqlayıb. Təhlil əməkhaqqı, bonuslar və imic hüuquqlarından əldə edilən gəlirlərə əsasən aparılıb.

40.5 milyon ona bəs etmir?
Siyahıya Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone başçılıq edir. Argentinalının illik qazancı 40.5 milyon avro olub. Milan “İnter”inin çalışdırıcısı Antonio Konte 30 milyon avro gəlirlə ikincidir. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə ilinə 27.5 milyon avro qazanmaqla üçüncü yerdə qərarlaşıb.

Neftdən asılılıq dərdi
Azərbaycanlı məşqçilər bu pulları yalnız xəyal edə, ən yaxşı halda yuxusunda görə bilər. Həmişə belə olub və yəqin ki, yaxın onillikdə də nəsə, nələrsə dəyişməyəcək. Şər deməsən, xeyir gəlməz: ola bilər ki. Premyer Liqamızda çalışan mütəxəssislər bu gün aldıqları məvacibi heç sabah almasın, indikinin də xiffətini çəksin. Axı futbol adına il-ildən pis gəlir və «bum» gözlənilmir.

Hər halda ölkəmizin futbol həyatı 90 faiz neftin dəyərindən, qiymətə minib, qiymətdən düşməsindən asılıdır, böyük şirkətlər, holdinqlər, iş adamları bu sahəyə qucaq açmır. Son 5-6 ildə, ümumiyyətlə, futbola pul axını dayanıb, «bulaq quruyub». Premyer Liqa klublarının sükanı arxasında olan məşqçiləri maaş cədvəlinə görə kateqoriyalara bölsək, 2 qrupdan söz etməliyik.

Təbii ki, indi əməkhaqqı barədə danışarkən, rəsmi sənədlərə istinad verə bilmirik. Çünki Türkiyədən və Avropanın bir çox ölkələrindən fərqli, Azərbaycanda məşqçilərin və futbolçuların alacaqları, müqavilə şərtləri ictimaiyyətə açıqlanmır. Bu üzdən biz aldığımız qeyri-rəsmi bilgilərlə kifayətlənmək məcburiyyətindəyik.

Qurban Qurbanov burada da lidedir
Bütün bunlara əsaslansaq, hazırda Premyer Liqanın ən ödənişli baş məşqçisi Qurban Qurbanovdur. «Qarabağ»ın təcrübəli çalışdırıcıya hər mövsüm üçün 600 min manat ödədəyi söylənilir. Göstərilən rəqəmi 12 aya bilsək, Qurbanovun aylığının Ağdam təmsilçisinə 50 min manata başa gəlir. Mövcud reallıq fonunda bu, kifayət qədər sanballı rəqəmdir, eyni zamanda, onu da qeyd etməliyik ki, o, qazandığı ümumi nəticələrə görə aldığı məbləğə, bəlkə də daha artığına layiqdir.

Bordin yüzminlər, Məmmədov qəpik-quruş qazanır
Roberto Bordin «Neftçi»dəki ikinci ilinə yenilənən müqavilə şərtləri ilə başlamışdı. Keçən ilin yayında maaşı bir qədər də artırılmışdı - 270-300 min dollar civarında. Aylıq gəliri ortalama 30 min dollar olan italyan bu ilin yanvarında qovulsa da, pulunu yenə alır. Klub rəhbərliyi ilə anlaşmaya əsasən, hər ayın əvvəlində bank hesabına məvacibi köçürülür. Bu, daha 3 ay belə davam edəcək. Bordini əvəzləyən Füzuli Məmmədov ona kimi 2500 manat maşa qane idi. Köməkçi postundan irəli çəkilməsi qazancına da təsir edib. 5000 manat sənin üçün necədir? Güman ki, Füzuli müəllim üçün bu rəqəmdən daha çox, «Neftçi» kimi tarixi klubun baş məşqçisi olmaq daha cəlbedici və vacibdir.

Tərlan Əhmədov üçün «min bərəkət!»
Tərlan Əhmədovun sevdiyi rəqəm 7-dir. O, bundan əvvəl «Neftçi»də də 7000 manat alırdı, indi «Keşlə»də də. Oxşarlıq yalnız bunda deyil: Əhmədov paytaxtın digər klubundakı kimi, burada da əməkhaqqını artırmağa nail olub. 4000-5000 manatla işə başlayıb, sonra yönəticilərdən məvacibinə yenidən baxılmasını xahiş edib və müsbət cavab alıb.

Alın təri ilə halallıq əvəzi
«Sumqayıt» Ayxan Abbasova «Səbail» Aftandil Hacıyevə eyni maaş verir - 6000 manat. Maraqlıdır ki, hər iki klub baş məşqçilərinə fəaliyyətlərinin ikinci ilində jest edib, alacaqlarında artıma gedib. Bundan doğal nə var axı… «Pro» kateqoriyalı gənc mütəxəssislər ilk illərində bir ilkə imza atıb. Abbasov ötən mövsüm «Sumqayıt»ı tarixində birinci kəs ölkə kubokunun finalına daşıyıb, Hacıyev isə «Səbail»i Premyer Liqanın bürünc medalçısı edib və Avropa Liqasına daşıyıb.

Abasov «Zirə»ni necə «soyurdu»?
«Zirə» Samir Abasovdan ödənişli məşqçi görməyib və yəqin ki, bir daha görməyəcək. Ona hər ay 8000 manat ödənilirdi. Bu, yalnız maşa aid hissədir. Şəxsi istifadəsi üçün nəqliyyat və sürücü ilə təmin olunmuşdu, bu da «qartallar»ı hər ay 1200-1500 manata başa gəlirdi. Cari mövsümün əvvəlində komandanı ondan təhvil alan Zaur Həşimov bu imtiyazlardan məhrumdur. Müqayisə etsək, məvacibi də Abasovdan aşağıdır – 6000 manat.

«Qəbələ» - Dollardan manata
«Qəbələ» sezona Sənan Qurbanovun rəhbərliyi altında start vermişdi. Ölkə kubokunun sahibi «A» kateqoriyalı çalışdırıcıya əvvəlki mövsümdə 10 min dollar maaş verirdisə, sonra bu ödəmə manatla əvəzlənmişdi. Həmin vaxt onun yardımçısı olan Elmar Baxşıyevin əməkhaqqısı 5000 manat təşkil edirdi. İndi isə Baxşıyevin 7500 manat aldığı deyilir.

Bir də «Sabah»…
Cari «futbol ili»nə Elşad Əhmədovla giriş yapan, İqor Ponomaryovla davam edən «Sabah»ı son 4 ayda Jelko Sopiç çalışdırır. Xorvatiyalının hər ay Azərbaycanda 10 min dollar qazandığı söylənilir. (sportinfo.az)