cümə, 05 iyun 2020

DÜNYA FUTBOLU

“Yuventus”un 4 oyunçusu maaşdan imtina etdi

28.03.2020 17:00 Oxundu 271


“Yuventus”un hücumçusu Kriştiano Ronaldo koronavirusun yayılması səbəbindən maaşının azaldılmasına razılıq verib.

Cempion.az xəbər verir ki, bu haqda “Tuttosport” nəşri məlumat yayıb. Portuqaliyalı oyunçu illin maaşının bir hissəsindən imtina etməyə hazır olduğunu deyib. Bu halda o, 4 milyon avroya yaxın zərər edəcək . Bundan başqa, “Yuventus”dan Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi isə 1,5 aylıq maaşından imtina ediblər.

Qeyd edək ki, İtaliyada A seriyasının dayanması səbəbindən ən çox maliyyə itkisinə məruz qalan klub “Yuventus”dur.