cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Ermənistan millisinin üzvü də koronavirusa yoluxdu

28.03.2020 18:21 Oxundu 512


Ermənistanın boks millisinin üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb.

Cempion.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi saytı xəbər yayıb. Adı açıqlanmayan boksçu virusa Londonda Avropa Olimpiya Təsnifat Turniri zamanı yoluxub.

Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb.