çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Frutos: "Azərbaycan mənə komfortludur”

28.03.2020 19:00 Oxundu 541


“Keşlə”nin hücumçusu Lorenso Frutos Azərbaycanda koronavirus dövründə keçirdiyi günlərdən danışıb.

Cempion.az xəbər verir ki, ölkəsi Paraqvayın mətbuatına müsahibəsində o deyib: “Burada hər şey dayandırılıb. Çox yer bağlıdır. Çempionat və məşqlərdə fasilə yaranıb. Amma tək deyilik. Vəziyyətdən çıxmağa çalışırıq”.

O qeyd edib ki, komandasının çempionatda durumu yaxşıdır: “Üçüncü yerdəyik. Yarışın bitməsinə 8 tur qalıb. Avropa Liqası zonasındayıq. Həm futbolçu kimi, həm də şəxsi planda burada mənə komfortldur”.