çərşənbə, 01 aprel 2026

DİGƏR NÖVLƏR

Olimpiya Oyunlarının gümüş mükafatçısı koronavirusa yoluxub

29.03.2020 09:01 Oxundu 628


İran diskatanı Ehsan Həddadi koronavirusa yoluxub.

Cempion.az xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəsmi saytı açıqlama yayıb.

Həddadi 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O 2011-ci il dünya çempionatının bürünc medalçısı, 6 dəfə Asiya çempionu və 4 dəfə Asiya Oyunlarının qalibi olub. 

35 yaşlı atlet 2008-ci ildə 69,32 metr göstərici ilə qitə rekordçusu adına sahib çıxıb.