cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

PSJ Kulibalidən əl çəkmir

29.03.2020 10:11 Oxundu 534

PSJ “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini transfer etməkdə israrılıdır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, parislilər 28 yaşlı seneqallıya 2025-ci ilə qədər müqavilə təklif edir. Razılıq əldə olunacağı halda, Kulibali bonuslar da əlavə olunmaqla hər il 10 milyon avro məvacib alacaq. Sadəcə indiki məqamda “Napoli” ilə anlaşmaq problemə çevrilib. Belə ki, Neapol klubu Kulibaliyə görə parislilərdən ən azı 100 milyon avro tələb edir.

Xatırladaq ki, bir müddət əvvəl Kalidunun Parisdə özünə 4 milyon avro dəyərində mənzil alması məsələyə marağı bir qədər də artırıb.