cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Enrike “Barselona”ya qayıtmağa hazırdır

29.03.2020 11:12 Oxundu 516

Luis Enrike “Barselona”ya qayıtmağa hazır olduğunu bildirib.

Cempion.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi mətbuata açıqlamasında bu variantı istisna etməyib: “Fikrmicə, işlədiyim hər bir yerdə yenidən fəaliyyət göstərə bilərəm. Mən bütün qapıları açıq qoymuşam. “Barselona”da əla günlərim olub və həmişə də buna görə kluba minnətdar olacağam. Bu komanda mənə çox şey bəxş edib”.

Qeyd edək ki, Enrike 2014-17-ci illərdə Kataloniya futbolçularının baş məşqçisi olub. Onun rəhbərliyilə klub bir dəfə Çempionlar Liqasında, 2 dəfə La Liqada, 3 dəfə isə İspaniya kubokunda qələbə qazanıb.