29.03.2020 14:00
729

"Bavariya" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.
Cempion.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, alman qapıçını Noyer yerinə komandada görmək istəyən Münhen təmsilçisi ondan Kataloniya klubu ilə müqavilənin müddətini uzatmamağı istəyib.
Qeyd edək ki, ter Ştegenin "Barsa" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Xatırladaq ki, "Bavariya"nın hazırkı qapıçısı Manuel Noyerlə 2021-ci ilin yayında başa çatacaq müqavilənin yeni müddəti ilə bağlı razılığa gələ bilmir.