29.03.2020 15:00
848


Cempion.az olaraq dünyanın futbol ulduzları ilə bağlı silsilə yazılarımızı sizə təqdim etməkdə davam edirik. Bu dəfəki qəhrəmanımız ötən əsrin 60-70-ci illərinin əfsanəvi futbolçusu olmuş Corc Best haqqındadır. Bəlkə də çoxları onun haqqında müxtəlif materiallı yazılarla tanış olublar. Ancaq bu yazı bir qədər fərqli olacaq və Best haqqında bilmədiyiniz bəzi yeni məlumatlarla da tanış olacaqsınız. Beləliklə, Corc Best 1946-cı il may ayının 22-də Şimali İrlandiyanın Belfast şəhərində anadan olmuşdu. Uşaq yaşlarından futbola maraq göstərmişdi. Anasının sözlərinə görə, C.Best yatarkan də futbol topunu yanına qoyurmuş. Bunun nəticədir ki, gənc Best orta məktəb komandalarında həmişə fərqlənmişdi. Sonra onunla “Mançester Yunayted” klubu maraqlanmışdı. Bob Bişop 15 yaşlı futbolçunu “qırmızı şeytanlara” tövsiyə etmişdi.

1963-ci ildə “Mançester Yunayted” müqavilə imzalamaqla C.Best peşəkar idmançı həyata qədəm qoymuşdu. Həmin ilin dekabr ayında “Bernli” komandasıyla qarşılaşmada peşəkar karyerasında ilk qolunu vurmuşdu. Şimali İrlandiya yığmasına düşmək üçün “Mançester Yunayted” komandasının heyətində cəmi 15 oyun keçirmək kifayət etmişdi. Gənc futbolçunun beynəlxalq səviyyədə ilk qarşılaşması Uels yığmasına qarşı olmuşdu. Həmin oyunda 19 yaşlı C.Best meydançada möcüzələr yaratmaqla diqqəti çəkmişdi. “Mançester Yunayted” komandasının İngiltərə çempionatının qalibi olmasında onun əməyi böyük olmuşdu. Portuqaliyanın “Benfika” komandasına qarşı keçirilmiş matçda C.Bestin 20 dəqiqə ərzində vurduğu iki qol indi də xatırlanır. O zaman 5:1 hesabıyla “Benfika”nı məğlub edən “qırmızı şeytanlar” vətənə qəhrəmanlar kimi dönmüşdülər.
1967-1968-ci il mövsümündə Best Avropanın ən yaxşı futbolçusu seçilmişdi. İngiltərə Premyer Liqasında keçirdiyi 41 matçda 28 qol vurmuşdu. Bundan başqa, “Mançester Yunayted” klubuna tarixində ilk dəfə Çempionlar Kubokunu almasına kömək etmişdi. “Uembli” stadionunda keçirilmiş “Mançester Yunayted”-“Benfika” final qarşılaşmasında əlavə edilmiş vaxtda qol vurmaqla stadionu sevincə boğmuşdu. Məhz o zaman C.Best özünün ən yaxşı keyfiyyələrini nümayiş etdirmişdi. C.Best hündürboylu deyildi, lakin bir çox istedad malik olmuşdu. Mütəxəssislər onun tarazlıq hissiyyatının , yüksəyə tullanmaq bacarığının, yerindən fenomenal sürət götürməsinin, hücumları soyuqqanlı şəkildə başa çatdırmaq qabiliyyətinin olmasından danışırlar.

Bundan başqa, o, “driblinq” ustası kimi də xatırlanır. Futbolda şöhrət qazanmasının ardından biznesdə də tanınmaq qərarına gəlmişdi. O illərdə Londonda bir neçə moda mağazaları və gecə klubları açmışdı. Məhz o zaman futbol ikinci plana keçməyə başlamışdı. Doğrudur, növbəti 4 ildə meydana çıxaraq qol vurmaqla adını birinci sırada caxlamağa müvəfəq olmuşdu. Lakin qadınlara və spirtli içkilərə həddən artıq maraq göstərməsi ploblemlərin yaranmasına yol açmışdı. Ötən əsrin 70-ci illərin əvvəlində onun klub rəhbərliyilə problemləri başlanmışdı. Klub C.Bestdən nizam-intizam tələb etmişdi, lakin çərçivələrə nifrət edən C.Best dözülməz xarakterini ortaya qomuşdu. 1972-ci ildə elan etmişdi ki, futbolla vidalaşır.

Lakin azarkeşlər onu 1973-cü ildə yenidən “Mançester Yunayted” komanasının heyətində görmüşdülər. Bir qədər problemsiz oynamış, ancaq 1974-cü ilin yanvar ayında məşqə gəlməməsi klub rəhbərliyini qəti addım atmağa vadar etmişdi. Klubun sahibi o zamankı sahibi Tommi Doqerti ulduz futbolçiya demişdi ki, komanda artıq onun köməyinə ehtiyac duymur. “Mançester Yunayted”dən ayrıldıqdan sonra 10 il ərzində İngiltərə, İrlandiya və ABŞ komandalarında top qovmuşdu. İngiltərədə yaxşı oynamasa da, ABŞ-da yenə də azarkeşin sevimlisinə çevrilmişdi.

Lakin 1984-cü ildə karyerasında eniş dövrü başlanmışdı. Həmin il “Tobermor” klubuyla müqavilə imzalasa da, bir dəfə də meydana çıxmamışdı. Spirtli içkilərə aludəçiliyi və sərxoş halda avtomobil sürməsi üzündən həbs olunması dahi futbolçunun karyerasının sonunu yaxınlaşdırmışdı. İki ay həbsdə yatmasından sonra C.Bestin şəxsi həyatı bulvar qəzetlərinin manşetini bəzəməyə başlamışdı. Onun mehmanxanada rəqifəsilə olduğu otağın tavanında səpənilmiş pulla görülməsi barədə xəbərlər bütün dünyanı dolaşmışdı. Amma təəssüf ki, dahi futbolçunu belə xəbərlər narahat etməmişdi. Əksinə, spirtli içkilərə aludəçiliyini gücləndirmiş, qalmaqalların sayını atrırmağa başlamışdı. Təsadüfdürmü, yoxsa qanunauyğunluq, C.Bestin anası da alkoqolizmdən ölmüşdü. Dostları deyirdilər ki, ikinci həyat yoldaşı Aleks olmasaydı, C.Best çoxdan bomja dönərdi. Məhz onun sayəsində C.Best az içməyə və hətta Sky News telekanalında idman şərhçisi kimi çalışmağa başlamışdı. Lakin spirtli içkilərə aludaçilik yenidən hər şeyi alt-üst etmişdi.

2000-ci ildə böyrək sirrozu onun az qala axırına çıxmışdı. 2001-ci ildə C.Best böyrək transplantasiyası keçirmişdi. Köçürülmüş orqan orqanizmə tam uyğunlaşmadığından o, daim dərman içməyə məcbur olmuşdu. Həkimlər spirtli içki qəbul etməsinə qəti şəkildə qadağa qoysalar da, C.Best vərdişindən əl çəkməmişdi. O, yenidən başqa qadınların əhatəsində gecə barlarında vaxtını keçirməyə başlamış və bunun nəticəsi kimi Aleks boşanmaq barədə məhkəmə qarşısında iddia qaldırmışdı. Son illər onun adı daim qalmaqallarda hallanmışdı. Böyük futbolçunun həyatı, hətta Pelenin planetin ən yaxşı futbolçusu adlandırdığı şəxsin ömrü acı sonluğa doğru sönməyə başlamışdı. Buna baxmayaraq, C.Best vətənində sevilmişdi. Ona olan sonsuz hörmət ardan qalxmamışdı. Dünya futbolunun digər əfsanəvi oyunçusu Bobbi Çarlton komanda yoldaşı barədə belə demişdi: “İstedadına görə o, heç kimə uduzmurdu. Lakin ona mərhəmət göstərmək əvəzinə paxıllıq edirdik. O zaman C.Bestə mərhətli olmamız lazım idi”. “Mançester Yunayted” komandasının baş məşqçisi Aleks Ferqyusonun dediklərisə C.Bestin nə dərəcədə qiymətləndirildiyini bir daha təsdiqləmişdi: “O, Britaniyada doğulmuş ən istedadlı futbolçudur. C.Best fenomal oynayırdı”. C.Bestin meneceri olmuş Fil Hyuz da keçmiş dostu barədə ancaq xoş sözlər deyir: “Corc Best heç kimin ötə bilməyəcəyi yerə qaçdı. İndi o, tam təhlükəsiz yerdədir”. Düz sözə nə deyəsən. Qalmaqallar və xəstəlik Besti son mənzilə daha da yaxınlaşdırmışdı.

2005-ci il oktyabrın 3-də tanınmış futbolçu “kəskin böyrək infeksiyası” diaqnozuyla Londonun Kromvel xəstəxanasına gətirilmişdi. Nizamsız həyat tərzi və spirtli içkilər köçürülmüş böyrəyə təsirini göstərmişdi. Noyabrın 20-də “News of the World” qəzetində “Mənim kimi ölməyin” başlığı altında C.Bestin xəstə yatağında fotoşəkli dərc edilmişdi. Məşhur futbolçunun son müraciəti peşmanşılığın bariz nümunəsi kimi ingilis cəmiyyətində müzakirə olunmuşdu. 2005-ci il noyabrın 25-də intensiv terapiya dayandırılmışdı. Həmin gün günorta saatlarında C.Best 59 yaşında həyata gözlərini yummuşdu. On minlərlə azarkeş yol kənarına düzülərək sevimli futbolçunu son mənzilə yola salmışdı. C.Bestin də dediyi kimi, dünya onu fenomal futbolçu kimi xatirəsində yaşatmaqda davam edir.

Corc Bestin məşhur deyimləri:
“Ağrı keçicidir, şan-şöhrət əbədidir!”
“Devid Bekhem sol ayağıyla oynaya bilmir, başıyla da oynaya bilmir, top ala bilmir və çox az qol vurur. Amma digər məsələlərdə əla oğlandır”
“Əgər çirkin doğulsaydım, Peleni heç vaxt tanımazdınız”
“Mənim kimi ölməyin”!