cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Rüştüdə də koronovirus aşkarlandı

29.03.2020 15:11 Oxundu 521


Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Cempion.az xəbər verir ki, bu barədə məlumatı 46 yaşlı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.

O, Rüştünün xəstəxanaya yerləşdirildiyini bildirib: "Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, qeyd edib.

Qeyd edək ki, Türkiyənin ən yaxşı qapıçılarından olmuş Rüştü millidə 120 oyun keçirib. O, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” və qısa müddətdə "Barselona"da çıxış edib.