cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

UEFA "Ayaks"ı cərimələdi

29.03.2020 16:00 Oxundu 520


UEFA “Ayaks”ı 53 min 250 avro məbləğində cərimələyib.

Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna Niderland klubunun azarkeşlərinin Avropa Liqasının 1/16 final mərhələsinin “Xetafe” ilə səfər oyununda (0:2) etdiyi hərəkətlər səbəb olub.

Onlar meydana yad əşyalar atıb və tribunadakı bəzi oturacaqları qırıblar.

“Ayaks” klubu həmin azarkeşlərin tapıldığını və lazımlı məbləği almaq üçün onları məhkəməyə verəcəyini açıqlayıb.