cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Mİllimizin və "Sumqayıt"ın sabiq üzvü Moldova klubu ilə müqavilə bağladı

29.03.2020 16:22 Oxundu 533


Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Moldovanın "Dinamo-Avto" klubuna keçib.

Cempion.az xəbər verir ki bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı xəbər yayıb.

24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Ukrayna vətəndaşlığı da olan D.Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.