cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Esyen "Səbail"də qalıb məşqçi işləyəcək?

30.03.2020 10:48 Oxundu 535


Mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq Maykl Essyen Azərbaycanda qala bilər.

Cempion.az xəbər verir ki, bu barədə Qana mətbuatı məlumat yayıb.

Qanalı yarımmüdafiəçinin futbolçu karyerasını başa vurub, məşqçiliyə başlayacağı bildirilib. "Səbail" rəhbərliyinin 38 yaşlı ulduz futbolçuya U-19 komandasını çalışdırmağı təklif etdiyi qeyd olunub.

"Səbail"ə ötən il in martında İndoneziya təmsilçisi "Persib Bandunq"dan keçən Maykl Essyen daha əvvəl “Çelsi”, “Real” və “Milan” kimi klublarda oynayıb.