cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Kassano Maradona ilə Messini müqayisə etdi

30.03.2020 13:00 Oxundu 496

İtaliya millisinin sabiq üzvü Antonio Kassano Dieqo Maradona və Lieonel Messini müqayisə edib.

Cempion.az “Football İtalia”ya istinadən xəbər verir ki, veteran hücumçu argetinalılardan “Barselona”nın kapitanının daha üstün olduğunu bildirib:

“Maradona 4-5 il ərzində inanılmaz bir şey edib, amma Messi 15 ildir bu işi görür. Bu müddət 710 qol vurub, 300 qola ötürməsi edib. Messi meydandadırsa, onun komandası artıq 1:0 öndədir. Maradona fanatları bununla barışmalıdır”.

Qeyd edək ki, Messi bu mövsüm “Barsa”nın heyətində 22 oyuna 19 qo vurub, 12 qol ötürməsi edib.