cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Aftandil Hacıyev "Səbail"dən ayırılmayacaq - ÖZƏL!

30.03.2020 14:00 Oxundu 517

Son günlər mətbuatda Aftandil Hacıyevin "Səbail"dən ayrılacağına dair məlumatlar dolaşır. Onunla Türkiyə klublarından birinin maraqlandığı deyilir.

Lakin kluba yaxın mənbədən Cempion.az-a verilən məlumata görə, Hacıyev heç yerə getməyəcək.

Heç ona hansısa klubdan təklif də gəlməyib. Bir sözlə, gənc məşqçi klubda qalıb işinə davam edəcək.