30.03.2020 13:20
485

“Mançester Siti”nin “Etihad” stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.
Cempion.az ingiltərə mətbuatına istinadən xəbər verir ki, klub ölkənin Milli Səhiyyə Xidmətinə stadiondan istifadə etməyi təklif edib. Qurum Mançester təmsilçisinin təklifini qəbul edib. Bu həftədən həkimlər və tibb bacıları pandemiyanın qarşısının alınması üçün bir sıra tədbirləri məhz stadionda həyata keçirəcəklər.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdir və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.