cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Karantin qaydalarını pozdu, maşınını əzdi - VİDEO

30.03.2020 14:47 Oxundu 507


İngiltərənin "Aston Villa" klubunun futbolçusu Cek Qriliş karantin qaydalarını pozub.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, futbolçu gecəni başqa yerdə keçirib.

Daha sonra 25 yaşlı yarımmüdafiəçi 89 000 avro dəyərindəki "Range Rover"i ilə parklanmış vəziyyətdə olan iki "Mercedes"i əzib. O, xəsarət yetirdiyi avtomobillərin sahiblərinə dəyən zərəri ödəyəcəyini söyləyib.

Karantin qaydalarını pozmamışdan bir neçə saat əvvəl Qriliş pandemiya koronavirusu ilə əlaqədar hamını evdə qalmağa və digər insanlarla iki metr ara məsafəsi saxlamağa səsləyən video paylaşıb.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında qeyri-müəyyən müddətədək fasilə yaranıb. Bu mövsüm Cek Qriliş 26 oyuna 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.