cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Şkrinyar İngiltərə klubuna transfer ola bilər

30.03.2020 18:10 Oxundu 516

“İnter”in müdafiəçisi Milan Şkrinyar “Mançester Siti”yə gedə bilər.

Cempion.az. İtaliya mətbuatına istinadən xəbər verir ki, neradzurrilərin rəhbərliyi slovakiyalı futbolçusunun keçidinin əleyhinə deyil. Belə ki, pandemiyanın yaratdığı çətinliyə görə klub oyunçunun transferindən gəlir əldə etmək niyyətindədir. İndiki məqamda Lautaro Martinesin “Barselona”ya, Milan Şkrinyarın “Mançester Siti”yə keçidi“İnter”ə xeyli qazanc gətirə bilər.

Əlavə edək ki, klubun Şkrinyara görə mançesterlilərdən 80 milyon avro istədiyi ilə bağlı xəbərlər dolaşır.