cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

"Barselona"nı gözləyən təhlükə

30.03.2020 19:00 Oxundu 518


Koronavirus pandemiyasına görə “Barselona” 100 milyon avro zərər görə bilər.

Cempion.az “Marca”ya istinadən xəbər verir ki, teleyayımdan və digər kommersiya gəlirlərinin dayanması səbəbindən klub ciddi maliyyə itkisi təhlükəsi ilə üzləşib.

Bu səbəbdən Kataloniya təmsilçisi futbolçularının maaşını 70 faiz azaltmaq istəyir. Bununla belə, “Barselona” büdcəyə 106 milyon avro qənaət etmək niyyətindədir.

Qeyd edək ki, “Barselona”dan fərqli olaraq, “Real Madrid”in maaşları azaltmayacağı bildirilir.