bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Klopp dedi ki, "Atletiko" ilə belə şəraitdə oynamaq cinayət idi"

30.03.2020 20:00 Oxundu 504

"Everton"un baş məşqçisi Karlo Ançelotti "Liverpul"un çalışdırıcısı Yurgen Kloppla söhbəti barədə danışıb.

Cempion.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, o, söhbət zamanı alman mütəxəssisin Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la keçirdikləri cavab oyunu barədə də danışdıqlarını bildirib:

"Bu günlərdə mən Kloppla danışmışdım. O, mənə dedi ki, "Liverpul" və "Atletiko" arasında  "Enfild"də belə şəraitdə matçın keçirilməsi cinayət idi. Fikrimcə, o, haqlı idi.

Hamımız koronavirus səbəbindən alışmadığımız həyatı yaşayırıq. Bu gün prioritet olan sağlamlığımızdır".

Qeyd edək ki, "Liverpul" ÇL-in 1/8 finalında "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.