30.03.2020 18:47
535

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema İngiltərənin "Çelsi" klubunun hücumçusu Olivye Jiru ilə müqayisə olunmasına münasibət bildirib.
Cempion.az xəbər verir ki, fransalı forvard şəxsi "Instagram" hesabında bununla bağlı suala maraqlı cavabıilə diqqət çəkib.
Özünü "Formula 1", Jirunu isə kartinqə bənzədən 33 yaşlı oyunçu bildirib ki, bu iki yarışı müqayisə etmək düzgün deyil: "Mən "Formula 1" yarışıyam. Onun isə öz karyerası var. İstədiyini edir, qollarını vurur. Jiru haqqında çox düşünmürəm. Hərə öz yolundadır".
Qeyd edək ki, Kərim Benzema 2009-cu ilin yayından "Real Madrid"də çıxış edir.