30.03.2020 18:24
513

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim evə buraxılıb.
Cempion.az xəbər verir ki, bununla bağlı Terimin müalicə olunduğu xəstəxanadan açıqlama verilib:
"23 martda koronavirus diaqnozu ilə xəstəxanamıza müraciət edən Fatih Terim evə buraxılıb. Xəstəxanada 7 gün keçirsə də, 14 gün ərzində karantində qalması məqsədəuyğun hesab edilib”.