cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

UEFA yeni konfrans keçirəcək

30.03.2020 20:12 Oxundu 472


UEFA aprelin 1-də quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək.

Cempion.az xəbər verir ki, məlumatı qitə futbol qurumunun rəsmi saytı yayıb.

Xəbərdə bildirilib ki, onlayn iclasın əsas mövzusu milli çempionatlarda oyunların yenidən təxirə salınması məsələsi olacaq.

Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa, bütün ölkələrdə liqalar dayandırılıb.