cümə, 30 may 2025

DÜNYA FUTBOLU

Mourinyo ən yaxşı 11-liyi açıqlayıb

30.03.2020 21:30 Oxundu 579

"Tottenhem"in portuqaliyalı çalışdırıcısı Joze Mourinyo karyerası ərzində işlədiyi klubların ən yaxşı heyətini açıqlayıb.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mourinyo keçmişdə baş məşqçisi olduğu "Mançester Yunayted"dən heç kimi 11-liyinə daxil etməyib. 4-4-2 sisteminə üstünlük verən portuqaliyalı çalışdırıcı ən çox "Çelsi" komandasının oyunçularını heyətə cəlb edib. Təcrübəli baş məşqçi ilk 11-ə türk əsilli yarımmüdafiəçi Məsut Özülədə yer ayırıb.

Joze Mourinyonun 11-liyə daxil etdiyi futbolçular bunlardır:

Peter Çex, Xavyer Zanetti, Con Terri, Karvalyo, Qallas, Makalele, Lampard, Məsud Özil, Hazard, Kriştiano Ronaldo, Didye Droqba.