cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"də maliyyə problemi: mart ayının maaşları hələ köçürülməyib - ÖZƏL!

31.03.2020 12:00 Oxundu 522

"Neftçi"də maliyyə ilə bağlı yaranan sıxıntı davam eliyir.

Cempion.az-a daxil olan məlumata görə, adətən bu ayın maaşı ayın sonuna kimi futbolçuların hesabına köçürülür və onlar da yeni ayın 1-də maaşlarını götürə bilirdi.

Bu gün mart ayının 31-i olmasına baxmayaraq, futbolçuların maaşları hələ də köçüyülməyib. Deyilənə görə, problem SOCAR-la bağlıdır. Yəni sözügedən şirkət ələlik köçürməni etməyib.