cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Modriç koronavirusla mübarizə üçün ABŞ-dan aparat aldı

31.03.2020 12:22 Oxundu 492


Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç vətəninə koronavirusla mübarizədə kömək edib.

Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Zadara xəstəxanası üçün kompüter tomoqrafiya aparatı alınması üçün pul ödəyib. Yaxın günlərdə aparatın ABŞ-dan gətiriləcəyi bildirilib.

Qeyd edək ki, belə bir aparatın qiyməti çatdırılma ilə birlikdə təqribən 100 min avrodur.