31.03.2020 17:00
528


Braziliya millisinin baş məşqçisi Tite Neymar haqda fikirlərini bölüşüb.
Cempion.az xəbər verir ki, braziliyalı mütəxəssis "France Football"a açıqlamasında Neymarı önəmli futbolçu hesab etdiyini, bununla belə, onun əvəzedilməz olmadığını bildirib.
"Neymar komandanın oyununa gözlənilməzlik qatır. O, digər futbolçuların təklif edə bilmədiyi həll yollarını təklif edir. Komanda Neymarla birlikdə fərqli potensiala sahib olur, çünki o, meydanda parlayır. Mən bacarıqlarının tamamından istifadə edən Neymardan danışıram. O, bizim üçün önəmli oyunçudu, amma əvəzedilməz deyil".
Cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 matçda meydana çıxan braziliyalı hücumçu 18 dəfə fərqlənməklə yanaşı, 10 qol ötürməsinin müəllifi olub.