cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

La Liqada mövsüm ləğv ola bilər

31.03.2020 19:30 Oxundu 476


İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.

Cempion.az “Marca”ya istinadən xəbər verir ki, çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalı azdır.

Bildirilib ki, La Liqa 27 iyuna kimi başlamasa, çox güman ki, 2019/2020 mövsümü ləğv ediləcək.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.