cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Totti: "A Seriyası davam etdirilməyəcək"

31.03.2020 18:47 Oxundu 545


İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Françesko Totti koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, turnirin bərpa olunmayacağını bildirib:

“Düşünürəm ki, A Seriyası davam etdirilməyəcək. FİFA və İtaliya Futbol Federasiyası razılığa gəlməli olduğu üçün böyük qarışıqlıq yaranacaq. Hər şeyin düzəlməsi üçün uzun zaman lazımdır”.